Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Kömək »   Qaydalar »   Giriş 

Giriş

Bu Hattrick üçün bir bələdçi yazısıdır. Oyuna daha cəld gişir üçün yeni başlayanlar üçün bələdçiyə keçin.

Hattrick bir virtual futbol oyunudur, hansında ki, sizin bütün dünya üzrə olan digər virtual komandalara yarışmaq imkanınız var.

Hattrick sadə oyundu, əsas elementləri anlamaq çox asandır. Siz hətta həftədə bir və ya iki dəfə on-line olmaqla belə Hattrick-dən zövq ala bilərsiz (lakin biz sizi daha tez-tez görmək istərdik). Şərt oyunu udmaqda deyil, şərt digər iştirakçılarla yarışmaqdadır. Oyun zamanı bir çox digər istirakçılar dostlara çevrilir bu həm də Hattrick-i sosial bir oyuna çevirir.

Sizin ümumi vəzifələriniz

Siz klubun həm sahibi həm də meneceri kimi fəaliyyət göstərəcəksiz. Siz taktikanı və strategiyanı planlaşdırırsız, nəyi məşq etdirməyi və hansı oyunçuların meydana çıxacağını qərara alırsız. Siz oyunçu alıb-satırsız, stadionun genişlənməsinə pul qoyursuz və s. Yaxşı menecer olmaq üçün siz düzgün strategiya və uzunmüddətli plan qurmalısız. Uğur və şöhrət hər halda heç nədən baş vermir .

Sizin yeni komandanız

Sizə komanda verildikdə, həmin komanda Hattrick sistemində ölkənin ən zəif iki divizionundan birində olan boş yerlərdən birini tutur. Başlanğıc kimi yuxarı pillələrə qalxmaq üçün sizin bir qrup oyunçularınız var (bəziləri istedadlı olur bəziləri isə yox…), həmçinin stadion və komək üçün müəyyən miqdarda maddi vəsaitiniz də mövcuddur. Indi hər şeyi sizin peşəkarlığınız həll edəcək.

Komandanızın adı sizi bezdiribsə narahat olmayın. Komandanın adından xoşunuz gəlmədiyi təqdirdə, siz mövsümlər arası fasilə zamanı komandanın adını dəyişə bilərsiniz, lakin bu sizə 10 000 US$ məbləğinə başa gələcək və siz fan klubun 3% qismini itirəcəksiniz.

Bölgə və hava

Sizin komanda müəyyən bğlgəyə aid olur. Bölgələri ona görə fikirləşiblər ki, eyni bölgədən olan istifadəçilər bir-birlərini asan şəkildə tapa bilsinlər. Digər vacib funksiya isə odur ki, hər bölgənin özünəməxsus hava şəraiti olur. Heç bir bölgədəki hava durumu digər bölgədəkilərdən üstün deyil, bütün bölgələr bərabər üstünlüklərə malikdir ona görə də pis seçim etmək barədə narahat olmayın.

Oyunda hava bir neçə amillərə təsir edir, ən vacibi isə azarkeş dəstəyidir (yağışlı havada azarkeşlərin sayı bir qədər az olur). "Bölgələr" səhifəsində siz bugünki hava barədə məlumatları və sabahkı hava proqnozunu görə bilərsiz. Əgər hava günəşlidirsə bu xoş haldır çünki, havanın növbəti gün üçün də günəşli olmaq şansı daha çoxdur.

Əgər istəsəniz siz mövsümlər arası fasilədə regionu dəyişə bilərsiz. Bu zaman sizdən10 000 US$ məbləğində pul tutulacaq və siz fanklubun 3%-ni itirəcəksiz.

Ən yaxşı məsləhətlər

Bizim sizə verdiyimiz ən yaxşı məsləhət odur ki, bu qaydaları diqqətlə oxuyasınız. Qaydaların hamısını birdən oxumaq vacib deyil, əsas odur ki, ilk fəsilləri oxumaqla oyunun əvvəlində yaranan bir çox suallara cavab tapa biləsiniz. Əgər sizə başqa məsləhətlər də lazımdırsa onda ən yaxşı sual-cavab yeri bizim forumlardır. Yalnız suallar üçün nəzərdə tutulan xüsusi forumlar da var.

Biz yalnız bir şeyə təkid edirik: Siz oyunda bir neçə sadə qaydalara əməl etməklə Hattrick-dən maksimal dərəcədə zövq ala bilərsiz. Həmin qaydalar buradadır Qaydalar.
 
 
Bu səhifəni qiymətləndir
Server 096