Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Hattrick Cihazları
Komandanız üçün kiçik zərbələr

Hattrick Cihazları bir dəfəlik ödəmə xüsusiyyətlərinin kolleksiyasıdır, eynisilə Hattrick Supporter ruhunda yaradılmış: Hattrick-i daha çox maraqlı edən və sizin Hattrick həyatınızı daha da rahat etmək üçün, amma oyun daxili heç bir üstünlük verməyən xüsusiyyətlərdir.

Siz hər bir Hattrick Cihazları xüsusiyyətlərini Kreditlər ilə alırsız.

Öz oyunçunuza ləqəb ad vermək

Azarkeşləriniz tərəfindən vəya komanda yoldaşları tərəfindən hansısa oyunçuya ləqəb ad verilib? Daha da özəl etmək üçün sevdiyiniz oyunçulara ləqəb adlar verə bilərsiz. Ləqəb adlar oyunçularınızın komandanızda olduğu dövrdə ad və soyadı arasında yazılacaq. Oyunçu satıldıqdan sonra, ləqəb ad silinəcək.

Transfer bazarında olan oyunçulara vəya millidə oynayan oyunçulara ləqəb adlar verilə bilməz. Ləqəb ad həmçinin sizin ölkənizin ləqəb adlar databazasında mövcud olmalıdır.

Əgər istifadə etmək istədiyiniz ləqəb ad mümkün deyilsə, siz onu əlavə etmək üçün təklif verə bilərsiz.

Qiyməti: 5 Kredit

Oyunçunun stilini dəyişdirmək

Oyunçunun stilini dəyişməklə oyunçunuza yeni görünüş qazandıra bilərsiz, oyunçu transferdə olmadığı müddətcə. Stilini dəyişməklə onun saç düzümünü və saç rəngini dəyişə bilə və üz tüklərini əlavə (vəya yığışdıra) bilərsiz.

Qiyməti: 2 Kredit

Oyunçunuza tam dəyişiklik bəxş etmək

Siz həmçinin oyunçunuza tam dəyişiklik bəxş edə bilərsiz, yəni onun görünüşü barədə hər bir şeyi dəyişdirə bilərsiz. Amma bunu etmeək üçün futbolçu sizin klubun yetirməsi olmalıdır və ya ən azı bir mövsüm sizin klubda çıxış etməlidir.

Bundan əlavə, hal-hazırda transfer bazarında olan vəya milli komandada oynayan oyunçuya tam dəyişiklik bəşx etmək mümkün deyil.

Qiyməti: 8 Kredit

Turnirə qoşul

Turnirlər Hattrick-də qeyri-rəsmi klub yarışlarıdır. Özünüz turnir təşkil edin və ya mövcud olan turnirlərdən birinə qoşulun. Turnirlər dəyişik qrafikə məxsusdur. Matçlar həftə ərzində istənilən vaxt keçirilə bilər və kubok və ya liqa formatında oynanıla bilər. Turnirdə iştirak edən klubların sayı 4-dən 64-ə qədər dəyişə bilər lakin turnirə qoşulma üçün ödəniləcək kredit məbləği həmişə eynidir.

Qiyməti: 2 Kredit

Dağ matçları

Dağ matçlarına qoşulmaqla, siz davamlı yarışmaya daxil olursuz və regionu, ölkənin və ya federasiyanın- hətta dünyanın belə ən yaxşı meneceri uğrunda mübarizə aparırsınız. Dağlar Kralı olmaq üçün öz yolunuzu seçin!

Qeyd: qələbə qazansanız xərclənmiş kreditlər qaytarılacaq.

Qiyməti: 1 Kredit

Tək matç

Xəbis dostunuzu yerinə otuzdurmaq istəyirsiz? Yoxsa sadəcə əyləncə üçün oynamaq istəyirsiz? Siz həmin komandaları onların komanda səhifəsindən tək matçlara dəvət edə bilərsiz.

Qiyməti: 1 Kredit

Event-o-Matic

Gələcək matçı xüsusilə yadda qalan və şən etmək istəyirsiniz? Event-o-Matic-la növbəti matç üçün qeyri-adi hadisə yarada bilərsiniz. Öz rəqibini məğlub et, fanatlarınızla əlaqə yaradın, klubunuzun şöhrətini yüksəldin. Standartlaşdırılmış hadisə matçlar zamanı istifadə olunacaq. Nəzərə alın ki, bütün hadisə sadəcə bir effekt yaratmaq üçündür və heç bir halda oyunun nəticəsinə təsir göstərməyəcək.

Qiyməti: 2 Kredit

Oyunçunun adını dəyişdirmək

Siz istədiyiniz hər hansı bir oyunçuya tam yeni ad verə bilərsiz.

Transfer bazarında olan oyunçuların vəya millidə oynayan oyunçuların adları dəyişdirilə bilməz, və oyunçunuz ancaq bir dəfə (bir sahib ilə) adını dəyişdirə bilər. Həmçinin, ad oyunçunun ölkəsinin ad bazasında mövcud olmalıdır.

Zəhmət olmasa nəzərə alın ki, transfer bazarına çıxarılan kimi futbolçunun adı köhnə ada qaytarılacaq. Lakin satılmasa yenidən adı siz verdiyiniz ada dəyişiləcək.

Gənclər akademiyasının oyunçusunun adını dəyişdirmək daha az məhdudiyyətlərə malikdir, ad sadəcə ölkənin ad bazasında mövcud olmalıdır.

Zəhmət olmasa nəzərə alın ki, real həyatdakı məşhur insanların ad kombinasiyaları müəyyən səviyyədə qarşısı alınacaq.

Qiyməti: 8 Kredit

Matçın təkrarı

Layiq olan komanda qazandımı? Sizin bəxtiniz gətirmədi yoxsa, sizin futbolçuların düzülüşü elə də qənaətbəxş deyildi? İndi siz bunu öyrənə bilərsiniz.

Matç təkrarı real matçda olan informasiyalardan istifadə edərək eyni matçı 20 dəfə simulyasiya edir və sizə qazanmaq şanslarınızın nə qədər olduğu barədə ideya verir. Super Təkrar ilə matç 100 dəfə simulyasiya oluna bilər.

Matçların sayı sizə nəticəni analiz etməyə kömək edir! Təbii ki, matçı təkrar etmək matçın real nəticəsinə istənilən halda heç bir təsir göstərməyəcəkdir. Qeyd edək ki, təkrarın nəticələrinə baxmaq iki mövsüm ərzində mümkün olacaq.

Qiyməti: 3 Kredit

 
 
Bu səhifəni qiymətləndir
Server 095