Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Hattrick Futbol Meneceri Oyunu| Pulsuz futbol dünyasına qoşul 

Hattrick Futbol Meneceri Oyunu| Pulsuz futbol dünyasına qoşul


Öz tempinizlə idarə edin

Hattrick futbol strategiya oyunudur ki, burada siz öz komandanızı qurur və idarə edirsiniz. Hər gün və ya həftədə bir dəfə oyuna daxil olun fərqi yoxdur əgər düzgün qərarlar qəbul etsəniz çempion olmaq şansınız olacaq.

 

Komandanızı qurun və məşq etdirin

Oyunçularınızı daha bacarıqlı etmək üçün komandanızı məşq vasitəsilə inkişaf etdirin. Maliyyənizi idarə edin. Komandanızı daha da gücləndirmək üçün transferdən yeni oyunçular tapın və növbəti nəsil üçün öz istedadlarınızı tapmaq üçün gənclər akademiyası açın.

 

Rəqiblərinizi aldatmağı bacarın

Siz Hattrick liqa sistemində, rəsmi kubokda və yoldaşlıq görüşləri digər insan menecerləri ilə yarışırsız. Siz aşağı divizionlardan başlayırsız və yuxarı qalxmağa çalışırsız. Həmçinin dostlarınızla yarışmaq üçün şəxsi turnirlər yarada bilərsiniz.

 

İctimaiyyət və əlavələr

İctimaiyyət Hattrick-də həqiqətən vacib rol oynayır. Bizim fəal forumlarımıza qoşulun və bütün dünyadan yeni dostlar qazanın. Siz həmçinin IOS və Android üçün mobil əlavələr yükləyə bilərsiniz.

26 İl
54 Dil
149 Ölkə
14 085 878 Cəmi istifadəçilər
364 759 754 Forum Yazısı
832 990 108 Oynanılmış matç

Klassik Onlayn Futbol Menecer Oyunu

Hattrick onlayn futbol menecer oyunudur ki, burada siz öz komandanızı liqanın ən yüksək zirvəsinə qaldıra bilərsiniz. Klubun bütün idarə funksiyalarına sahibsiniz: Transfer bazarında futbolçuların alışı və satışı, məşq prosesləri, hər matç üçün taktiki tapşırıqların hazırlanması.

Matçın gedişatı zamanı siz matçı canlı izləyə bilərsiniz və çat bölməsində rəqibinizlə söhbət edə bilərsiniz. Əgər istəsəniz matç bitdikdən sonra da matç hesabatına baxa və hadisələri analiz etmək imkanınız olacaq.

Hattrick elə bir oyundur ki, burada uzunmüddətli inkişaf planı düşünüb, strategiya qurmaq tələb olunur. Klubun gənclər akademiyasına yatırım etmək yoxsa transfer bazarında perespektivli gənc tapıb onu ulduza çevirmək? Gənclər akademiyasında müdafiəçilər və ya hücumçular yetişdurmək?

Düzgün seçim edin, sizin gənc futbolçular bu günün Lionel Messi, Cristiano Ronaldo və ya Kylian Mbappesi ola bilər.

Həyəcanın ən böyük hissəsi oyunun çoxlu oyunçu tərəfindən oynanılmasıdır - qarşılaşdığınız komandalar digər istifadəçilər tərəfindən idarə olunur və sizi də məğlub etməyə çalışacaqlar. Məşqlər, taktika və komandanızın maliyyəsini yaxşılaşdırmaq üçün biliyi zəngin icmamızdan əldə edə bilərsiniz.

Sizin ulduz oyunçularınız hətta ölkənizi təmsil etmək üçün USA millisinə dəvət ala bilərlər! Hər mövsüm, Hattrick, əsas və ya U21 komandalar üçün Dünya Çempionatı təşkil edir. Hattrickin cari Dünya Çempionu Argentina milli komandasıdır!

Əgər uğurlu menecer olarsızsa, milli komanda seçimlərinə qatıla və seçilə bilərsiniz. Hal-hazırda Hattrickdə 149 milli var və istənilən milli üçün namizəd ola bilərsiniz.

Hattrickdə boş vaxtınızı keçirmək üçün edə biləcəyiniz çox şeylər var. Məsələn forumlarda Hattrick və ya ümumi futbol xəbərləri haqqında danışa, sıxıcı mövsümlərdə transfer bazarında ucuz oyunçular tapa bilərsiniz.

Ancaq önəmli olan həm də odur ki, Hattricki öz istədiyiniz tərzdə oynaya bilərsiniz. Heyəti düzmək və məşq planlarını təyin etmək üçün həftəlik 30 dəqiqə kifayətdir ki, əsas yarışlarda uğurlu olasınız. Yetər ki, etdiyiniz seçimlər doğru seçimlər olsun.

Digər oyunlardan fərqli olaraq, burada oyuna hər gün daxil olub əlavə bonuslar və oyundaxili pullar əldə edə bilməzsiniz. Hattrickdə əlavə üstünlük əldə etmək qeyri-mümkündür. Əksinə, oyunu daha maraqlı və əyləncəli etmək üçün Hattrick Supporter paketini əldə edə bilərsiniz. Ancaq bu paket sizə oyundaxili heç bir əlavə üstünlük verməyəcək.

Hattrick, 1997-ci ildən bəri oynanılan orijinal onlayn futbol menecer oyunudur. Yaradıcıları hələ də yaşayırlar və Hattricki pulsuz futbol oyunu etmək üçün hər zaman çalışırlar.

Düşünürük ki, Hattrick ənənəvi kompyuterlə oynanılan futbol menecer oyunlarını (məsələn Futbol Menecer oyunu) bir araya gətirərək real insanlarla birgə oynamaq şansı yaradır.

Oyun, həmçinin, FIFA Ultimate Team kimi oyunun xüsusiyyətlərini təqdim edərək digər istifadəçilərə qarşı oynayaraq kuboklar əldə etmək üçün heyət qurmaq şansı yaradır.

Ən yaxşı futbol menecer oyunu olan Hattrickə xoş gəlmisiniz! Qoşulmaq üçün sadəcə qeydiyyatdan keçməyiniz yetərlidir. Heç bir yükləməyə ehtiyac yoxdur və oyunu həmçinin iOSAndroid vasitəsilə mobil telefonlarınızla da oynaya bilərsiniz.

Ancaq nəzərə alın ki, Hattrick asılılıq yarada bilər - bir çox istifadəçilər 10 və ya daha artıq ildir ki, bu oyunu oynayırlar.

 
Server 071